Ərdoğan beynəlxalq münasibətlər sisteminin yararsız olduğunu deyib

Ərdoğan beynəlxalq münasibətlər sisteminin yararsız olduğunu deyib
# 01 mart 2024 16:49 (UTC +04:00)

“Dünyadakı böhranların çoxu regionumuzda baş verir”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu 2024”ün açılış mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Liviya, Suriya, Yəmən və Ukraynada baş verənlər beynəlxalq münasibətlər sisteminin yararsız olduğunu sübut edir.

Türkiyə Prezidentinin sözlərinə görə, ölkəsi uzun illərdir ki, təzyiqlərə məruz qalır. Lakin buna baxmayaraq, Ankara haqqı müdafiə etməyə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR