Bank Of Baku

Ərdoğan: Qardaşım İlham Əliyevi Türkiyədə qonaq etməkdən böyük məmnunluq duyuram

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 05 mart 2025 18:05 (UTC +04:00)

Qardaşım İlham Əliyevi Türkiyədə qonaq etməkdən böyük məmnunluq duyuram.

APA-nın Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Prezident İlham Əliyevin və Azərbaycan xalqının Ramazan bayramını təbrik edib: “Ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf edir. Bu sırada enerji sektoru başda yer alır. Bəzilərinin xəyal kimi gördüyü Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr həyata keçirilib. TANAP və TAP-la Azərbaycan qazı Avropaya çatdırılır. İndi açılışını həyata keçirdiyimiz layihə Naxçıvanla tale birliyimizin növbəti nümunəsi olacaq. Bu kəmər Naxçıvanın qaz ehtiyaclarını 30 il qarşılayacaq. Bu layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR