Bank Of Baku

Ərdoğan Şuşanın ECO-nun turizm paytaxtı seçilməsinə görə Azərbaycanı təbrik edib

Ərdoğan Şuşanın ECO-nun turizm paytaxtı seçilməsinə görə Azərbaycanı təbrik edib
# 04 iyul 2025 14:45 (UTC +04:00)

Türkiyə bərpa olunan enerji sahəsində təcrübəsini paylaşmağa hazırdır.

APA-nın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

Türkiyə Prezidenti deyib ki, Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı sənədlərin təsdiqlənməsi Türkiyədə son mərhələdədir: “Əməkdaşlığın artırılması hamımız üçün faydalıdır. ECO-nun 2035-ci ilə qədər inkişafı müəyyənləşdirəcək Strategiyasından gözləntimiz böyükdür və sənədin tezliklə qəbulunu dəstəkləyirik”.

Rəcəb Tayyib Ərdoğan Şuşanın 2026-ci il ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR