Nəqliyyat və enerji sahələrində, xüsusən də Orta Dəhlizin inkişafı sahələrində əlaqələrimizi gücləndirmək üçün çalışmağa davam edəcəyik.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransı zamanı deyib.
“Azərbaycanı da daxil etməklə, yaxın keçmişdə təsis etdiyimiz üçtərəfli mexanizmi səmərəli istifadə edərək nəticə əldə etmək istəyirik”, - Ərdoğan qeyd edib.