Ermənilərin azərbaycanlıların məzarlarını dağıtmasının görüntüsü yayılıb
APA xəbər verir ki, növbəti erməni vandalizmi ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb.
Videogörüntüdə ermənilərin Xankəndi yaxınlığında vaxtilə azərbaycanlıların yaşadığı kəndlərdən birinin qəbiristanlığında qəbirləri dağıtması əks olunub.
Qəbirləri dağıdan avtomobilin nömrəsi də açıq görünür – 25 XA 843.