Ermənistan Prezidenti: Azərbaycanla saziş layihəsinin qalan 3 maddəsinin 1 ay ərzində razılaşdırılacağına ümid edirik

Ermənistan prezidenti Vaahn Xaçaturyan

© APA | Ermənistan prezidenti Vaahn Xaçaturyan

# 08 oktyabr 2024 11:22 (UTC +04:00)

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasına qədər Azərbaycanla sülh razılaşmasını imzalamağa ümid edirik.

APA-nın xəbərinə görə, bunu Ermənistan Prezidenti Vaahn Xaçaturyan “Reuters” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, hazırda müqavilənin 3 müddəası müzakirə mərhələsindədir. Prezident Ermənistanın Azərbaycanla saziş layihəsinin qalan 3 maddəsinin 1 ay ərzində razılaşdırılacağına ümid etdiyini bildirib.

Xaçaturyan Türkiyə ilə sərhədlərin üçüncü ölkələrin vətəndaşları üçün açılması üzrə danışıqların "yaxşı getdiyini" açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR