NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin bu ilin mart ayında Ermənistana səfəri ilə bağlı “Euronews” telekanalının saytında məqalə dərc olunub.
APA xəbər verir ki, siyasi ekspert Saul Anuzisin (Saul Anuzis) “euronews.com” saytında dərc olunmuş məqaləsi “NATO-nun keçmiş baş katibi niyə Rusiyanın hərbi alyansının üzvü üçün lobbiçilik edir?” adlanır.
Müəllif yazır ki, Ukraynada müharibənin davam etdiyi bir zamanda NATO-nun sülhü təmin etməli olduğu bir təşkilat olduğunu yaddan çıxarmaq asandır.
Müəllif yazır: “Bəs, NATO-nun keçmiş baş katibinin NATO ittifaqına daxil olmayan ölkəyə gedərək, bu ölkə və onun uzunmüddətli rəqibi və qonşusu arasında sülhü möhkəmləndirmək və ya yaratmaq çağırışı ilə bağlı niyə kimsə suallar qaldırsın?
Mart ayında keçmiş baş katib Anders Foq Rasmussenin Qafqazdakı keçmiş sovet ölkəsi olan Ermənistana səfəri iki il əvvəlki münaqişədən sonra qonşusu Azərbaycanla sülh müqaviləsi bağlamaq istədiyi zamanda baş tutub.
Ermənistan təkcə Rusiyanın KTMT hərbi alyansının üzvü deyil, həm də hazırda təşkilata sədrlik edir və belə bir zamanda NATO-nun keçmiş rəhbərinin səfərinin Ermənistan hökuməti tərəfindən maliyyələşdirilməsi bəzi cavablar tələb edir.
Rasmussen bunu heç bir müsahibəsində, tvitində və mediada yayımladığı məqalələrində qeyd etməyib. Bu isə onun statusunda olan bir şəxsə yaraşmaz.
Amma əsl sürpriz ermənilərin pul ödəyərkən Rasmussenin dedikləri idi. Səfərinin ən mühüm media müsahibəsində o, sülh perspektivini qaldırdı və qonşusu ilə sülh müqaviləsi imzalanacağı təqdirdə, bunun Ermənistan xalqı üçün danılmaz iqtisadi faydalar verəcəyini vurğuladı.
O, eyni zamanda, sülhə nail olmaq üçün Azərbaycanın sərhədləri daxilində tanınmamış etnik separatçı dövlət olan Dağlıq Qarabağın statusunun tənzimlənməsi faktını da qeyd etdi.
Rasmussenin belə bir fikri var: “Ermənistanın Rusiya ilə dost olub-olmaması - onun həm Moskvanın Avrasiya İqtisadi İttifaqına, həm də hərbi alyansına üzvlüyü onların yaxın ola biləcəyinə işarə kimi anlaşıla bilər - qonşularla sülhün bərqərar olması faktını dəyişmir və bu, hər bir ölkəyə fayda verəcək.
Onun sülhün və iqtisadi tərəqqinin daha da yaxşı olduğu fikri sosial media "döyüşçüləri"ni “dəliyə döndərdi”.
Bundan sonra Rasmussen daha çox trol tərəfindən hücuma məruz qaldı (Çox güman ki müəllif sosial şəbəkələrin erməni seqmentini nəzərdə tutur – APA).
Hətta biri onu ittiham edirdi ki, o, (Rasmussen) bunu Azərbaycan üçün edir.
Lakin ola bilsin ki, Ermənistan hökuməti düzgün lobbiçi seçib.
Rasmussen uzun müddət Ermənistan dövlətinin xarici siyasət istiqamətinə təsir edən ABŞ və Fransadakı güclü erməni diasporuna eşitmək istədiklərini söyləməkdən uzağa getdi”.
Saul Anuzis yazır ki, qonşu Azərbaycanla sülh və iqtisadi əməkdaşlıq Rusiyadan asılılığın, təcridin alternativi olaraq, Ermənistanın yoxsul və şübhəsiz çox əziyyət çəkən vətəndaşları üçün daha yaxşı həyata aparan yeganə əlverişli yoldur: “Bu keçmiş sovet ölkəsini mənim kimi müşahidə edənlər də hesab edir ki, bir müddətdir, Ermənistan dövləti ilə erməni diasporunun yolları ayrılıb.
Litvada olduğu kimi, Ermənistanın müstəqilliyinin ilk bir neçə ilində bu ölkənin də liderləri diaspordan seçilmişdi.
Daha sonra 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı müharibədə qalib gəldikdən sonra onlar (bu liderlər) işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağdan gəldilər.
Hər bir NATO ölkəsi tərəfindən də ardıcıl səsvermələrdə dəstəklənən, regionun Azərbaycanın suveren ərazisi kimi hüquqi statusunu müdafiə edən BMT-nin dörd qətnaməsinə məhəl qoymayan diaspor uzun müddətdir ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın, həmçinin Artsaxın müstəqil dövlət kimi tanınması üçün lobbiçilik edirdi.
Ancaq son iki ildə hər şey dəyişib. Azərbaycan 2020-ci ildə müharibədə Dağlıq Qarabağın əksər hissəsini geri qaytarıb. Bu gün Ermənistanın nəzarətində yalnız bir hissə qalıb. Bu gün bir neçə ciddi beynəlxalq ekspert bu məsələnin həll olunmasının yalnız vaxt məsələsi olduğu fikrinə qarşı və beynəlxalq hüququn lehinə mübahisə edər.
Sətirləri oxuyarkən belə nəticəyə gəlmək çətin deyil ki, Rasmussen, sadəcə olaraq, Ermənistan hökumətinin müştərisinin səyahət istiqaməti ilə bağlı gəldiyi qənaəti dilə gətirir, ola bilsin ki, siyasi səbəblərdən özlərinin (Ermənistan tərəfinin) açıq şəkildə söyləməkdə çətinlik çəkdikləri fikri ifadə edir.
Həqiqətən də, Rasmussenin üzərinə düşən sosial media ordusu, bəlkə də Dağlıq Qarabağın gələcəyi ilə bağlı versiyalarla əlaqəli məyusluqlarını ortaya qoydu.
Bəs Rasmussen Ermənistana getməkdə haqlı idmi? Şübhəsiz ki, o, bunun ödənişli iş səfəri olduğunu daha qabarıq şəkildə bildirməli idi.
Lakin Rasmussenin səfəri, görünür, İrəvana öz gündəliyi barədə əvvəlkindən daha aydın danışmağa imkan verdi: Ermənistanın baş naziri Nikol Paşinyan Rasmussen gedəndən dərhal sonra KTMT-ni tənqid etdi və “Twitter” səhifəsində Azərbaycanla sülh müqaviləsinin imzalana biləcəyinə inandığını bildirdi.
O dedi ki, “Beynəlxalq ictimaiyyət bu narrativi güclü şəkildə dəstəkləməlidir”. Azərbaycan isə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə vasitəsilə “Bölgəmizdə ərazi bütövlüyü və suverenliyi hökm sürməlidir” deyə cavab verdi.
Bu, iki xalqın illərdir ictimaiyyət qarşısında bir-birinə cavab olaraq söylədiyi ən ədalətli, ən ölçülü cümlələr idi”.
Müəllif daha sonra məqaləsində yazır ki, Rasmussen Ermənistandan səfərdən döndükdən sonra ritorikasını bir az dəyişib: “Ola bilsin ki, burada trolların da öz təsiri olub. “Project Syndicate” jurnalına yazdığı məqalədə o, Azərbaycanla növbəti münaqişənin qarşısını almaq üçün Aİ-yə Ermənistanı silahlandırmağı təklif etdi.
Aİ, əlbəttə ki, Ukraynanı, hətta özünü kifayət qədər silahla təmin edə bilmir, lakin ola bilsin ki, Rasmussenin bu mesajı “Twitter” hücumlarını azaldıb.
Bununla belə, Rasmussen, şübhəsiz ki, Ermənistanın uzunmüddətli həqiqi müttəfiqinin, xoşunuza gəlsə də, gəlməsə, qonşusu və əzəli düşməni Azərbaycan olmasına dair təəccüblü həqiqətə işıq saldı”.