Bank Of Baku

Fərid Şəfiyev: Azərbaycan - Türkiyə əlaqələrinə xələl gətirmək istiqamətində cəhdlər göstərilir

Fərid Şəfiyev: Azərbaycan - Türkiyə əlaqələrinə xələl gətirmək istiqamətində cəhdlər göstərilir
# 02 iyun 2025 12:43 (UTC +04:00)

Türkiyənin içərisində olmağa davam edərək üçüncü dövlətin maraqlarına xidmət edən qüvvələr mövcuddur.

APA-nın xəbərinə görə, bu sözləri mətbuat nümayəndələrinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bugünkü açıqlamasında söyləyib.

Onun fikrincə sözügedən qüvvələr Azərbaycanla İsrail arasındakı münasibətləri qabartmaq yolu ilə Azərbaycan - Türkiyə əlaqələrinə xələl gətirmək istiqamətində cəhdlər göstərirlər:

“Türkiyədə bir sıra ekspert və siyasətçilər var ki, bu mövqeni sərgiləyir. Elə həmin səbəbdən də biz Türk birliyi istiqamətində danışılan hər fikrə daha həssas olmalı və əks rəylərin qarşısını vaxtında almalıyıq. Bu məqsədlə əməldə ciddi addımlar atılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR