“Bizim üçün əsas məqam sülh sazişinin imzalanmasıdır”.
APA xəbər verir ki, bunu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
O, Azərbaycanın gündəliyində 4 məsələnin yer aldığını diqqətə çatdırıb.
BMTM sədri qeyd edib ki, Avropa İttifaqının da məsələyə münasibəti dəyişib.
Fərid Şəfiyev onu da bildirib ki, Rusiya-Ukrayna münaqişəsi Cənubi Qafqaz regionuna da öz təsirini göstərib.