Dünyada iqlim dəyişikliyinin mənfi təsirləri durmadan artır.
APA xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyində Beynəlxalq ticarət üzrə dövlət katibinin müavini Nina Vaskunlahti "Azərbaycan Respublikasında hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu mənada heç bir şey etməmək lüksümüz yoxdur.
"Erkən məlumatlandırma ilə insan itkilərinin, iqtisadi və ekoloji itkilərin vaxtında qarşını almaq üçün əməkdaşlıq etməliyik. İnanıram ki, Azərbaycanla bu sahədə əməkdaşlığımız yaxşı nəticələr verəcək".