“Su problemi qalıcı, həlli tapılmayan problemlərdən biridir”.
APA xəbər verir ki, bu barədə “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında Floran Ali Meril deyib.
“Biz bir zamanlar çirkli yağış təmizləyib istifadə edirdik. Ancaq bu heç də bizim su ilə bağlı problemlərimizi həll etmədi. Bizim içdiyimiz sular xlorodikon maddəsi ilə zəhərlənmişdi və sularımız hal-hazırda zəhərlidir, hətta kənd təsərrüfatına da yararsızdır. Bizim ölkə banan ixracı ilə məşğuldur. Biz bu sudan istifadə etdiyimiz üçün təsərrüfatlarımız zəhərlənir”, - UPLG-nin baş katibinin müavini bildirib.
O, həmçinin deyib ki, Qvadelupa xalqı daim ehtiyat içində yaşayır: "Claude Jean-Pierre, "Klodo" kimi tanınan şəxsin adi bir yol yoxlaması zamanı həyatını itirməsi buna bariz nümunədir. Qvadelupalılar yaxşı bilirlər ki, ərazidə yerləşən Fransanın repressiya qüvvələri ilə adi yoxlama zamanı hər şey baş verə bilər və onlar qarşılaşdıqları hər hansı haqsızlığa görə ədalətli yanaşma görməyəcəklər.”
O bildirib ki, Fransız qüvvələrinin törətdiyi zorakılıq və repressiyalar nəticəsində həyatını itirənlərdən üç ailə hazırda vəkilləri ilə birlikdə mübarizə aparır ki, Fransanın məhkəmə sistemi yaxınlarının ölümü ilə bağlı ədalətli araşdırma və məhkəmə prosesi keçirsin. Lakin onlar fransız məhkəmələrinin hadisələri obyektiv şəkildə araşdırmasına və məhkəməyə çıxarmasına nail olmaqda çətinlik çəkirlər.
”Qvadelupa xalqı artıq əmindir ki, Fransanın hərbi və polis qüvvələri onlara hörmət bəsləmir və xalqa xidmət etmir. UPLG olaraq biz inanırıq ki, Qvadelupa xalqının, bütün xalqlar kimi, hüquqları var və onların tələbi insan hüquqlarının Qvadelupada də eynilə dünya miqyasında hörmət edilməsidir.”- deyə o vurğuıayıb.