Bank Of Baku

Fransada Azərbaycan səfirliyinə hücum edən erməninin məhkəməsinin tarixi bilinib

Fransada Azərbaycan səfirliyinə hücum edən erməninin məhkəməsinin tarixi bilinib
# 21 oktyabr 2022 15:49 (UTC +04:00)

Ötən ay Parisdə Azərbaycan səfirliyinə hücum edən radikal erməni qrupunun üzvü Loris Tufanyanın məhkəməsinin tarixi bəlli olub.

APA xəbər verir ki, bu barədə Fransadakı Erməni hərəkatı - “Charjoum”un "Instagram" hesabında bildirilib.

Bildirilib ki, Loris Tufanyanın məhkəməsi gələn il iyunun 23-də baş tutacaq.

Qeyd edək ki Parisdə Azərbaycan səfirliyinə hücum edən radikal erməni qrupunun üzvü Loris Tufanyana qarşı iki fakt üzrə cinayət işi açılıb. Bu şəxs səfirliyin binasına güc yolu ilə girməyə cəhddə və səfirliyin əməkdaşının həyatını riskə atmaqda ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR