G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb

G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
# 19 aprel 2024 16:02 (UTC +04:00)

G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb.

APA xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin üç günlük iclasının sonunda qəbul edilmiş yekun birgə bəyanatda qeyd olunub.

G7 ölkələrinin xarici işlər nazirləri Azərbaycan və Ermənistanı güc tətbiq etməmə və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında sülh prosesinə sadiq olmağa çağırıblar.

"Biz Ermənistan və Azərbaycanı davamlı sülhə nail olmaq üçün güc tətbiq etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh prosesinə tam sadiq qalmağa çağırırıq", - bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR