Bank Of Baku

GSNP BMT-nin qlobal əməkdaşlıq şəbəkəsinə daxil olub

GSNP BMT-nin qlobal əməkdaşlıq şəbəkəsinə daxil olub
# 01 sentyabr 2026 13:51 (UTC +04:00)

BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisi (UNOSSC) 2025-ci ildə Azərbaycanda təsis edilmiş, Qoşulmama Hərəkatı regionundakı QHT-ləri birləşdirən GSNP-ni (Global South NGO Platform) qlobal reyestrinə daxil edib və tərəfdaşı (alliance) kimi tanıyıb.

APA xəbər verir ki, UNOSSC BMT sistemində Cənub-Cənub və üçtərəfli əməkdaşlığın təşviqi və əlaqələndirilməsində mühüm rol oynayır.

GSNP-nin UNOSSC-da təsdiqlənmiş profilə malik olması onun üzv təşkilatlarının fəaliyyətlərinin, təşəbbüslərinin və əməkdaşlıq imkanlarının daha geniş beynəlxalq auditoriyaya təqdim olunmasına şərait yaradır. Bu, Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə və bilik mübadiləsinin təşviqi, eləcə də QHT-lərin beynəlxalq proseslərdə iştirak imkanlarının gücləndirilməsi istiqamətində mühüm uğurdur.

UNOSSC platformasının “Submit Your Demand” və “Offer Support” mexanizmləri vasitəsilə təşkilatlar öz ehtiyac və əməkdaşlıq təkliflərini təqdim edə, potensial tərəfdaşlarla əlaqələr qura və müxtəlif ölkələr arasında təcrübə mübadiləsini təşviq edə bilirlər. Bu isə GSNP-nin əsas missiyasına - Qlobal Cənub QHT-lərinin səsinin beynəlxalq səviyyədə daha aydın eşidilməsinə, onların qlobal dialoq və qərarvermə proseslərində iştirakının genişləndirilməsinə və yeni tərəfdaşlıq şəbəkələrinin formalaşdırılmasına əlavə imkanlar açır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR