Bank Of Baku

Hikmət Hacıyev: 2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

© APA | Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

# 31 may 2025 21:31 (UTC +04:00)

2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

"Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı məqsədli şəkildə və geniş miqyasda yerləşdirilib. Bir çox hallarda minalar hərbi zərurət olmadan, sırf mülki əhalini hədəfə almaq və köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitmək məqsədilə basdırılıb. Bu mənada minalar kütləvi qırğın silahları qismində çıxış edir və ciddi təhlükə mənbəyidir", - Hikmət Hacıyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR