Bank Of Baku

Hikmət Hacıyev: “Azərbaycan post-münaqişə reallıqları çərçivəsində çox unikal və miqyası görünməyən yenidənqurma layihəsini həyata keçirir”

Hikmət Hacıyev: “Azərbaycan post-münaqişə reallıqları çərçivəsində çox unikal və miqyası görünməyən yenidənqurma layihəsini həyata keçirir”
# 27 avqust 2022 14:18 (UTC +04:00)

“Bu gün Şuşa nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın diplomatik mərkəzlərindən, paytaxtlarından birinə çevrilməkdədir.

Bu konfransın da əsas mahiyyəti diplomatik korpusun nümayəndələrini Azərbaycan tərəfindən həyata keçirilən yenidənqurma və rekonstruksiya layihələri barədə yerində məlumatlandırmaqdır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransla bağlı bildirib.

Onun sözlərinə görə, bu səfərdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, səfirlik əməkdaşları, hərbi attaşelər, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələri, həmçinin Azərbaycanda qeyri-rezident əsnasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir: “Bura xüsusən Ankara, Tehran və Moskva şəhərlərindən gəlmiş səfirlər, diplomatik nümayəndələr daxildir. Diplomatik korpusun bütövlükdə 180-ə yaxın nümayəndəsi bu tədbirdə iştirak edir”.

Hikmət Hacıyev bildirib ki, diplomatik korpus nümayəndələri mütəmadi olaraq Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə görülən işlər haqda məlumat almaqda çox maraqlıdırlar: “Ona görə də, bu konfransda ilk növbədə Azərbaycan tərəfindən regionda sülhün gücləndirilməsi və ölkəmizin həyata keçirdiyi sülh gündəliyi barədə diplomatik korpus nümayəndələrinə məlumat vermək əsas hədəflərimizdən biri idi.

Cənab Prezidentin Basqalda Azərbaycan mediasına verdiyi müsahibə əsasında ölkəmizin regional sülh gündəliyinin təfərrüatları barədə geniş məlumatlar çatdırıldı, vacib məqamlara və tezislərə toxunuldu. Bu xüsusda cənab Prezidentin qoyduğu xüsusi tapşırıq və tezislərdən irəli gələrək diplomatik korpus məlumatlandırıldı. Azərbaycan Respublikası regionda hərtərəfli sülhün tərəfdarıdır. Bu xüsusda da Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara tezliklə başlamağa hazırdır, Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir.

Həmçinin də Azərbaycan Respublikası dünya miqyasında post-münaqişə reallıqları çərçivəsində çox unikal və miqyası görünməyən yenidənqurma layihəsini həyata keçirir. Xüsusən ölkəmiz öz resursları hesabına, özünün idarəetmə mexanizmi çərçivəsində bu layihə həyata keçirilir ki, bu da dünya miqyasında unikal bir xarakter daşıyan post-müharibə layihələridir. Beynəlxalq ictimaiyyət də buna xüsusi maraq göstərir. Çünki, bu təcrübə dünyanın digər yerlərində də həyata keçirilə bilər”.

Zümrüd Paşkin

Çingiz Səfərli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR