Bank Of Baku

Hikmət Hacıyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Hikmət Hacıyev, Lord Con Alderdays, səfir Elin Süleymanov

© APA | Hikmət Hacıyev, Lord Con Alderdays, səfir Elin Süleymanov

# 06 noyabr 2025 17:46 (UTC +04:00)

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdaysla görüşüb.

APA xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”də bildirib.

Prezidentin köməkçisi Lord Con Alderdaysla görüşdən məmnunluğunu ifadə edib.

Hikmət Hacıyev qeyd edib ki, strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət, biznes və investisiya münasibətlərini daha da genişləndirmək, eləcə də süni intellekt, rəqəmsal transformasiya və əlaqəlilik sahəsindəki imkanlardan necə yararlanmaq barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR