Bank Of Baku

Hikmət Hacıyev Britaniyanın dövlət naziri və təhlükəsizlik müşaviri ilə görüşüb - FOTO

Hikmət Hacıyev Britaniyanın dövlət naziri və təhlükəsizlik müşaviri ilə görüşüb - FOTO
# 10 mart 2025 20:26 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə Dövlət Naziri Stiven Doutin və digər britaniyalı həmkarları ilə görüşlər keçirib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X”də paylaşım edib

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev Böyük Britaniyanın Baş nazirinin Milli Təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilə də görüşüb.

“Görüşdə güclü Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaf haqqında çox səmərəli müzakirə aparılıb”, - deyə, səfir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR