Bank Of Baku

Hikmət Hacıyev: “Ermənistan-Azərbaycan normallaşması prosesinin irəli getməsi üçün vasitəçiliyə yox, asanlaşdırıcı addımlara ehtiyac var"

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 27 avqust 2022 14:23 (UTC +04:00)

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilk növbədə ikitərəfli prosesdir. Prosesin də irəli getməsi üçün hər hansı vasitəçilik mexanizminə yox, asanlaşdırıcı addımlara ehtiyac var. Hazırda Avropa İttifaqı, o cümlədən Rusiya tərəfindən ikitərəfli əsasda buna müəyyən cəhdlər göstərilir, imkanlar təqdim edilir. Azərbaycan da bunda maraqlıdır”.

APA-nın xəbərinə görə, bunu Şuşada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, gündəlikdə duran məsələlər sülh müqaviləsi, delimitasiya, nəqliyyat, itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərdir: “Bunlara da ilk növbədə Ermənistan tərəfi cavab verməlidir. Prezident İlham Əliyev Basqaldakı çıxışında bu məsələləri xüsusilə vurğulayıb”.

Zümrüd Paşkin

Ramiz Mikayıloğu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR