Bank Of Baku

Hikmət Hacıyev: Ermənistanın silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır

Hikmət Hacıyev: Ermənistanın silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır
# 12 dekabr 2024 10:46 (UTC +04:00)

Təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın silahlandırılması proqramında iştirak edir.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var: “Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir. Silahlar təkcə Fransa tərəfindən verilmir”.

Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalı və bu ölkəyə hücum xarakterli silahları verən ölkələrin bunda ciddi məsuliyyəti məsələsinə də baxılmalıdır. O qeyd edib ki, bu məsələ beynəlxalq təcrübəyə əsaslanır: "Beynəlxalq münasibətlərdə işğalçı və təcavüzkar dövlətlərin ilk növbədə hərbi quruculuq və hərbi planları, habelə ordu quruculuğu prosesi istiqamətində müəyyən məhdudiyyətlər həyata keçirilir. Bu, istər İkinci Dünya müharibəsindən, xüsusilə də İraqla Küveyt arasındakı müharibədən sonra İraqa münasibətdə tətbiq olunan məhdudiyyətlərdə özünü göstərib. Biz də hesab edirik ki, Ermənistanın hərbi quruculuq siyasəti üzərində ciddi məhdudiyyətlər olmalı və Ermənistana hücum xarakterli silahları verən ölkələrin bunda ciddi məsuliyyəti məsələsinə də baxılmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR