Bank Of Baku

Hikmət Hacıyev Fələstin səfirini qəbul edib

Hikmət Hacıyev Fələstin səfirini qəbul edib
# 04 mart 2025 18:12 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyəti başa çatan Fələstin Dövlətinin səfiri Nasser Abdul Kərimi qəbul edib.

APA xəbər verir ki, bu barədə Fələstin səfirliyinin "Facebook" hesabında paylaşım edilib.

Diplomat səmimi qəbula görə Hikmət Hacıyevə təşəkkür edib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, habelə, gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR