Bank Of Baku

Hikmət Hacıyev: İnsanlıq əleyhinə cinayətlər törətmiş ermənilərin əsir və girov adlandırılması qəbuledilməzdir

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 13 mart 2025 12:36 (UTC +04:00)

Ermənistanın Azərbaycana qarşı cinayətləri yaddan çıxası deyil.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin layihəsi məsələsini Azərbaycan təklif edib.

“Bakıda insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məhkəməsi gedir. Ermənistan bu gün bu məhkəməyə qarşı mənasız təbliğat kampaniyası aparır. Bu məhkəmədə mühakimə olan şəxslər qanun qarşısında cavab verirlər. Onların əsir və girov adlandırılması qəbuledilməz haldır”, - Hikmət Hacıyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR