"Qvadelupun Fransanın hüquqi asılılığına çevrilməsi onun əsarət altına alınması deməkdir".
APA xəbər verir ki, bunu "Qvadelupun Dekolonizasiyasına Doğru: Problemlər və Perspektivlər" adlı tematik konfransda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib.
O qeyd edib ki, Fransanın həyata keçirdiyi kolonial siyasət nəticəsində Qvadelup əhalisinin böyük bir qismi işsizliklə üzləşib:
"BMT-nin İnkişaf Proqramının hesabatına görə, burada işsizlik səviyyəsi 20 faiz təşkil edir. Mədəni sahədəki tədqiqatlar Qvadelup mədəniyyətinin zəiflədildiyini göstərir. Bakı Təşəbbüs Qrupu olaraq biz kolonializmin bütün formalarını qəbul etmir və Qvadelupun Dekolonizasiyasının zəruriliyini vurğulayırıq".