İran XİN Azərbaycanla Ermənistan arasında əldə edilmiş son razılaşmanı təqdir edir

İran XİN Azərbaycanla Ermənistan arasında əldə edilmiş son razılaşmanı təqdir edir
# 23 aprel 2024 09:41 (UTC +04:00)

Azərbaycan ilə Ermənistan arasında əldə edilmiş son razılaşmanı təqdir edirik.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşması ilə bağlı bildirib.

“Biz Azərbaycan ilə Ermənistan arasında bağlanmış sazişlərə hörmət edirik. İki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh vasitəsi ilə sərhəd məsələlərini həll etmək üçün səylərinin davam etdirilməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması naminə zəruridir”, - XİN rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR