Bank Of Baku

İran XİN-in sözçüsü: İran və Azərbaycan prezidentləri arasında danışıqlar anlaşılmazlığı aradan qaldırıb

İran XİN-in sözçüsü: İran və Azərbaycan prezidentləri arasında danışıqlar anlaşılmazlığı aradan qaldırıb
# 06 aprel 2026 14:00 (UTC +04:00)

"İrandan Naxçıvana dron hücumu edilməsi ilə bağlı məsələ üzrə danışıqlar aparıldı. Düşünürəm ki, iki ölkə prezidentləri və xarici işlər nazirləri arasında aparılan danışıqlar anlaşılmazlıqları aradan qaldırdı".

APA-nın İran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirdiyi mətbuat konfransında deyib.

İsmayıl Bəqayi bildirib ki, Türkiyə ilə bağlı da eyni məsələ olub: "Biz Türkiyəyə bildirdik ki, İrandan heç bir atəş olmayıb.

Ona görə də düşünürəm ki, iki ölkə arasında anlaşma mövcuddur. Əgər bir məsələ var idisə belə, aparılan danışıqlardan sonra həll olunub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR