Bank Of Baku

İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir

Fərzanə Sadiq

© APA | Fərzanə Sadiq

# 07 aprel 2025 17:24 (UTC +04:00)

İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Fərzanə Sadiq bu gün Azərbaycana səfərə gəlir.

APA xəbər verir ki, bu barədə nazirin müşaviri İran mediasına bildirib.

Fərzanə Sadiqin Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-İran Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin təşəbbüsü ilə səfərə gələcəyi bildirilib.

Səfər çərçivəsində ikitərəfli nəqliyyat, gömrük, su, energetika, neft-qaz və ticarət sahələrində ortaq layihələrin cari vəziyyəti müzakirə ediləcək.

Səfər zamanı danışıqlar aparılacaq və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəri ilə bağlı hazırlıq işləri görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR