Bank Of Baku

İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub

İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub
# 03 noyabr 2024 22:48 (UTC +04:00)

İraqın Kərkük şəhərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub.

APA xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” hesabında məlumat yayıb.

“Bu gün Kərkük şəhərində yerləşən dahi Azərbaycan şairi Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasimində iştirak etdik. Qeyd edək ki, M.Füzuli adına ibtidai məktəbdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri görülmüşdür”, - səfir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR