“Dünən Azərbaycan Prezidenti İlham Əliyev ticarət, turizm, diaspora, təhlükəsizlik, texnologiya və əkinçilik sahəsində xalqlarımız arasında böyüyən və çoxşaxəli əlaqələr barədə danışdı”.
APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter”də bildirib.
“Əlaqələrimizi daha da möhkəmləndirməyə davam etməyi səbirsizliklə gözləyirik”, - deyə İsrail səfiri qeyd edib.