Bank Of Baku

İstanbul Universitetində Xocalı soyqırımı anılacaq

İstanbul Universitetində Xocalı soyqırımı anılacaq
# 24 fevral 2022 16:32 (UTC +04:00)

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu fevralın 24-dən 26-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, deputatımız İstanbul Universitetində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimində iştirak edəcək.

Tədbirdə bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımının qurbanları anılacaq, hadisəni əks etdirən fotolar və sənədlər iştirakçıların diqqətinə çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR