İstanbulda Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə şəhərin mərkəzi küçələrində Xocalı həqiqətlərini əks etdirən bilbordlar yerləşdirilib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu addım Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən yerli bələdiyyələrlə birgə təşkil olunub.
Görüntülər gün ərzində şəhər sakinlərinə nümayiş etdiriləcək.