Bank Of Baku

İsveçrə səfiri: İtkinlərlə bağlı problem davamlı sülhə mane olur

Tomas Stahli

© APA | Tomas Stahli

# 02 oktyabr 2024 11:12 (UTC +04:00)

“İtkin düşmüş şəxslərlə bağlı məsələdə təcrübə bölüşülməlidir”.

APA xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Stahli “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, bu məqsədlə dövlət və hərbi arxivlərin açılması üçün siyasi iradə formalaşdırmaq olar: “Biz bir-birimizin yanaşmamızdan əvəzolunmaz dərslər öyrənməliyik. Kütləvi məzarlıqların qazılması, ekskumasiyası kimi işlərdə bölüşülən təcrübə itkin düşmüş şəxslər üçün çox vacibdir. Birbaşa təsirə məruz qalan itkin düşənlərin ailələridir. Ailələrin səsləri bir-birilərinə çatmalıdır. Əmin olmalıdırlar ki, onların axtarış proseslərində iştirakı vacibdir".

Səfir qeyd edib ki, itkin düşənlər və onların ailələri üçün fəaliyyəti genişləndirməklə bağlı diplomatik əlaqələri artırmağa çalışmaq lazımdır: "İtkin düşmüş şəxslər probleminin həll edilməməsi davamlı sülh üçün böyük maneəyə çevrilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR