İtaliya səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib

İtaliya səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib
# 26 fevral 2024 13:22 (UTC +04:00)

İtaliyanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bu barədə İtaliya səfirliyinin "X" hesabında paylaşım edilib.

"İtaliyanın Bakıdakı səfirliyi 26 fevral 1992-ci ildə baş verən Xocalı qətliamının qurbanları ilə bağlı Azərbaycan xalqına başsağlığı verir. Qoy bu faciənin xatirəsi gələcək üçün xəbərdarlıq olsun və regionda sülhə töhfə versin", - paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR