Bank Of Baku

Jean-Jacob Bicep: Qvadelupada fransız dilinin rəsmiləşdirilməsinə qarşıyıq

Jean-Jacob Bicep

© APA | Jean-Jacob Bicep

# 29 mart 2025 10:22 (UTC +04:00)

“Fransız dilinin ölkəmizdə rəsmiləşdirilməsinə qarşıyıq”.

APA xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob Bicep Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.

O, fransız dilinin ölkələrində rəsmiləşdirməsinə qarşı olduqlarını vurğulayıb:” Qvadelupada ənənələri silməyə, məhv etməyə çalışırlar. Dil bizim mənsubiyyətimizdir. Dilin, mədəniyyətin aradan qaldırılmasını təhdid kimi görürük. Ancaq biz buna qarşı mübarizəmizi davam etdirəciyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR