Bank Of Baku

Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçiriləcəyini təsdiqləyib

Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçiriləcəyini təsdiqləyib
# 28 oktyabr 2022 16:13 (UTC +04:00)

Oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü olacaq.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə olunacaq”, - Kremlin yaydığı məlumatda qeyd olunub.

Putinin Azərbaycan və Ermənistan liderləri ilə ayrılıqda görüşü də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR