Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq
# 07 oktyabr 2024 19:01 (UTC +04:00)

Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə deyib.

Onun sözlərinə görə, MDB liderlərinin Moskva sammitində humanitar məsələlər bloku çərçivəsində Azərbaycanın Laçın şəhərinə 2025-cı ildə, Ermənistanın Mehri şəhərinə 2026-ci ildə, Belarusun Molodeçno şəhərinə isə 2027-ci ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçiriləcək.

Qeyd edək ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR