Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşdə Qarabağla bağlı üçtərəfli bəyanatların icrasının vacibliyindən danışıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov Qarabağla bağlı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara toxunub.
“Biz bu razılaşmaların icrasının təmin olunmasını davam etdirəcəyik”, - Rusiya XİN başçısı vurğulayıb.