Türkiyədə rəsmi səfərdə olan Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-də Anıtqəbiri ziyarət edib və Atatürkün məzarı önünə əklil qoyub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş nazir Anıtqəbir muzeyi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.