Bank Of Baku

Macar nazir: Türk dünyası inkişaf edir

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto

© APA | Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto

# 05 iyun 2024 13:53 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatına üzv olmazdan əvvəl biz hələ dünyada gedəcək prosesləri proqnozlaşdıra bilmirdik.

APA-nın xəbərinə görə, bu fikirləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri ilə Bakıda bugünkü mətbuat konfransında deyib.

“Türk Dövlətləri Təşkilatı sayəsində biz başa düşdük ki, bu region, yəni Türk dünyası geniş şəkildə inkişaf edir. O zaman biz hələ dünyada gedəcək siyasi prosesləri proqnozlaşdıra bilmirdik. Avrasiya regionu dünyada mühüm rol oynayır”, - macar nazir qeyd edib.

O, “Ukraynadakı müharibənin onlar üçün yük olduğunu” vurğulayıb.

“Bizə isə münasibətlərin inkişafı üçün bir körpü lazımdır. Türk Dövlətləri Təşkilatı Şərqlə Qərbin arasındakı həmin bu körpünün sütunudur”, - Siyarto vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR