Bank Of Baku

Milli Məclisin sədri Sahibə Qafarova ilə TBMM sədri Numan Kurtulmuş arasında telefon danışığı olub

Milli Məclisin sədri Sahibə Qafarova ilə TBMM sədri Numan Kurtulmuş arasında telefon danışığı olub
# 23 aprel 2025 21:40 (UTC +04:00)

Aprelin 23-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında telefon danışığı olub.

Milli Məclisdən APA-ya bildirilib ki, telefon danışığı zamanı Sahibə Qafarova Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlərlə bağlı narahatlığını ifadə edib.

Azərbaycan və Türkiyənin qardaş ölkələr olaraq xoş və çətin günlərdə hər zaman bir yerdə olduqları bir daha vurğulanıb.

Numan Kurtulmuş göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR