Bank Of Baku

Mixeil Kavelaşvili Bakıda şəhidlərin xatirəsini anıb

Mixeil Kavelaşvili Bakıda şəhidlərin xatirəsini anıb
# 16 aprel 2025 10:32 (UTC +04:00)

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, Mixeil Kavelaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR