Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sahibə Qafarova Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqı ölkələri arasında isə birinci dövlət olduğunu qeyd edib, ölkələrimiz arasındakı dərin dostluq münasibətlərindən danışıb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığı, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Milli Məclisin sədri Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, Azərbaycanın BMT qətnamələrinin icrasını öz gücü ilə təmin edərək ərazi bütövlüyünü və müstəqilliyini bərpa etdikdən sonra bəzi Avropa ölkələri tərəfindən qarşılaşdığı təzyiqlər, məqsədli şəkildə yayılan saxta informasiyalara qarşı apardığı mübarizə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi barədə də məlumat verib. Spiker bildirib ki, hazırda iki ölkə arasında sülh müqaviləsinin mətni razılaşdırılıb. Lakin iki məsələ sülh müqaviləsinin imzalanmasına mane olur. Bunlar Ermənistan konstitusiyasının preambulasında Azərbaycana qarşı olan ərazi iddiası və uzun illər problemin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadığı üçün onun ləğv edilməsidir. Bu məsələlər də öz həllini tapdıqdan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayacaq.
Görüşdə həmçinin Qərbi azərbaycanlıların hüquqlarının bərpasının təmin olunması barədə də danışılıb.
Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudean Azərbaycanla Rumıniya arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib. Eyni zamanda ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını, beynəlxalq təşkilatlarda, xüsusilə də AŞPA-da ölkəmizi müdafiə etdiyini və Ermənistanla sülh planını dəstəklədiyini diqqətə çatdırıb. O, tezliklə sülh sazişinin imzalanacağına inamını ifadə edib və bu regionu parlaq gələcəyin gözlədiyinə əminliyini bildirib.
Söhbət zamanı Azərbaycanla enerji, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın olduğunu bildirən Mirça Abrudean Azərbaycanın ASAN xidmət təcrübəsinin Rumıniyada da tətbiqi üçün Anlaşma Memorandumu imzalandığını və bu təcrübəni öyrəndiklərini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
MM sədri rumıniyalı senatorlara Ermənistanla sülh prosesi barədə məlumat verib
Xarici siyasət
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO
Hulusi Kılıç: Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi Bakıya etimadın göstəricisidir
Tural Gəncəliyev: Avropanın Azərbaycan kimi güclü tərəfdaşa, Prezident İlham Əliyev kimi güclü liderə ehtiyacı var
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
Xəbər Lenti
Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə tədbirləri keçirib
Hazırda 55-dək yeni peşə və kvalifikasiya standartı hazırlanır, 80-dən çox standart yenilənir
MN: Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
Paşinyan: Ermənistan və Türkiyə münasibətlərin tam normallaşmasına yaxındır
Kanadanın Baş naziri ABŞ-la ticarət razılaşması əldə etməklə bağlı irəliləyişin olduğunu bildirib
Bəzi yerlərdə külək güclənib - FAKTİKİ HAVA
KİV: İtaliya GCAP layihəsində Almaniyanın tamhüquqlu iştirakını rədd edir
Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib
Əmtəə bazarlarında qızılın qiyməti artıb
Azərbaycan nefti bahalaşıb
Nyu-York birjasında təbii qaz 3%-dən çox ucuzlaşıb
Dünya bazarlarında "Brent" nefti cüzi bahalaşıb, WTI isə ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər edəcək
Füzulidə iki maşın toqquşub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
İsveçrə 36 ölkəyə silah ixracına qoyulan məhdudiyyətləri yumşalda bilər
Argentinada qaz partlayışı nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb
ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib - YENİLƏNİB
Britaniya ABŞ hərbi bazası üzərində naməlum dronların uçuşunu araşdırır
Hörmüz boğazında tanker minaya düşərək yanıb
Ağ Ev: Tramp APEC sammitində Putin və Si Cinpinlə görüşməyi planlaşdırır
Rubio ABŞ-ın İranla münaqişədə qələbəsinin əsas şərtini açıqlayıb
Millətlər Liqası: Almaniya Serbiyanı, Niderland Yunanıstanı məğlub edib
Millimiz D Liqasının qrupunu lider başa vurub
Naxçıvanda deputat qəzaya düşüb, ölən var - VİDEO
ABŞ-ın Ukraynaya ayırdığı yardımın 65 milyard dolları hələ istifadə olunmayıb
İraq Hörmüz boğazından neft ixracını ABŞ qüvvələrinin mühafizəsi altında bərpa edir
Koşta və fon der Lyayen Kallasın Rusiya ilə danışıqlara rəhbərlik etməsini dəstəkləməyiblər
ABŞ Ukrayna pilotlarına F-16 qırıcılarını idarə etməyi öyrətməyə davam edir
Fon der Lyayen Aİ-nin Ukrayna üzrə danışıqlarda əsas prioritetlərini açıqlayıb
ABŞ-da tanker kruiz gəmisi ilə toqquşub
Pentaqon: Ukraynaya yardım ABŞ qoşunlarının döyüş hazırlığına mənfi təsir göstərir
Polis Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfəri saxlayıb - YENİLƏNİB
BMW 720 mindən çox avtomobili geri çağırır
NOS: Niderland hökuməti istefadan yayına bilib
Tusk: Polşa Ukrayna üçün ABŞ silahlarının alınmasını maliyyələşdirməyəcək
Koşta: Aİ liderləri Ukrayna üzrə danışıqlarda iştirak edəcək nümayəndə heyətini razılaşdırıblar - YENİLƏNİB
Azərbaycanda dövlət müəssisələrinin borclanmasına ümumi limit qoyulacaq
Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsi müzakirə edilib
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO
ABŞ B-21 bombardmançısının silah sistemlərini sınaqdan keçirməyə başlayıb
DİN bu gün Bakıda baş vermiş ağır qəzanın videogörüntüsünü yayıb - VİDEO
Ağ Ev: Kuşner və Uitkoff Rusiya-Ukrayna arasında əsirlərin mübadiləsinin hazırlanmasında iştirak edir
ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi
BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
Avropa Azərbaycan Məktəbi COBIS Regional Tədris və Öyrənmə Konfransına ev sahibliyi edir - FOTO