Bank Of Baku

Monteneqronun sabiq müdafiə naziri: Süni intellektin təhsil sahəsi üçün əhəmiyyəti danılmazdır

Monteneqronun sabiq müdafiə naziri: Süni intellektin təhsil sahəsi üçün əhəmiyyəti danılmazdır
# 15 mart 2025 11:01 (UTC +04:00)

Süni intellektin təhsil sahəsi üçün əhəmiyyəti danılmazdır.

APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Yeni Dünya üçün Yeni Texnologiyalar" adlı paneldə Monteneqronun sabiq müdafiə naziri Miliça Pejanoviç deyib.

Miliça Pejanoviç təhsilin süni intellektdə bir növ həlledici rola malik olduğunu deyib: "Süni intellektin təhsil sahəsi üçün əhəmiyyəti danılmazdır. Ancaq tənqidi təfəkkürün qurulmasına əsaslanan təhsil lazımdır. Bizə gündəlik olaraq tələbələr sadəcə ChatGPT-dən nəyisə yazanda çətinliklə bunun süni intellekt və ya gerçək olduğun anlamaq çətin olur".

O qeyd edib ki, gələcəkdə həll etməli olduğumuz bir çox problem var: "Mən ümid edirəm ki, gözlərimizi geniş açacağıq və biz bu işlərin necə inkişaf etdirilməsinə təsir göstərə biləcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR