Azərbaycan Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədr müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Lüksemburqdakı mənzil-qərargahında qurumun Əməliyyatlara Dəstək şöbəsinin rəhbəri Orxan Muratlı və digər rəsmi şəxslərlə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə sosial şəbəkə hesabında paylaşım edib.
Görüşdə Azərbaycanın da üzləşdiyi minatəmizləmə problemi diqqət mərkəzində olub. Tərəflər həmçinin NATO-nun bu prosesə dəstəyi, minatəmizləmə sahəsində yeni texnologiyaların, müasir təcrübənin tətbiqi ətrafında fikir mübadiləsi aparıblar.