Bank Of Baku

Nazir: Azərbaycan və Litvanın iş adamları və şirkətləri arasında dialoqun qurulması vacibdir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

© APA | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

# 25 noyabr 2026 13:12 (UTC +04:00)

"Azərbaycan və Litva arasında hazırkı ticarət dövriyyəsi qənaətbəxş deyil".

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.

“Hazırkı ticarət dövriyyəsi qənaətbəxş deyil, potensialımız bundan daha böyükdür. Bu sahədə hansı addımların atılmasının vacib olduğu barədə faydalı müzakirələr apardıq. Səfərin mühüm məqamlarından biri də ondan ibarətdir ki, cənab nazirlə birlikdə iş adamları və şirkət rəhbərləri də gəlib. Sabah isə onlar biznes forumda iştirak edəcəklər. İki ölkənin iş adamları və şirkətləri arasında dialoqun qurulması, qarşılıqlı investisiya imkanlarının müzakirə edilməsi olduqca vacibdir. İstərdik ki, iki ölkənin iş adamlarını dinləyək, əlaqələrin gücləndirilməsi üçün zəruri dəstək mexanizmlərini müzakirə edək və iki ölkə arasında növbəti sənədlər paketində bu məsələləri nəzərə alaq”, - nazir qeyd edib.

O bildirib ki, logistik üstünlüklər, qanunvericilik üstünlükləri, azad edilmiş ərazilərdə yaradılan azad iqtisadi zonalar barədə məlumatlar vacibdir: “Bu sırada Şərq-Qərb Orta Dəhlizi, Ələt Azad İqtisadi Zonası, logistik üstünlüklər, vergi üstünlükləri, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye parkları və onların təklif etdikləri üstünlüklər barədə məlumatlar olduqca faydalı hesab edilir. Bu sahədə ilkin müsbət layihələr mövcuddur və Litvanın "Dominari" şirkəti Araz Vadisi İqtisadi Zonasında yem istehsalı sahəsində kifayət qədər böyük müəssisənin qurulması ilə məşğuldur. Qoyulmuş investisiyaların həcmi 50 milyon manatla ölçülür və müəssisə fəaliyyətə başladıqda bu, işğaldan azad olunmuş ərazilərdə 650 əlavə iş yeri deməkdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR