Nazir: Bəzi çevrələr Azərbaycan-Ermənistan şərti sərhədindəki sakitlikdən narahat idi

Nazir: Bəzi çevrələr Azərbaycan-Ermənistan şərti sərhədindəki sakitlikdən narahat idi
# 26 fevral 2024 11:26 (UTC +04:00)

Son 5 ay ərzində razılaşmalar əldə olunmasa da, Ermənistanla sərhəddə sülh və əmin-amanlıq mövcud idi.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında XİN rəhbəri Ceyhun Bayramov deyib.

"Bu 5 aya yaxın müddət Azərbaycan və Ermənistan şərti sərhədində ən sakit dövr idi. Bu dövrə nəzər salsaq, görürük ki, bəzi çevrələr bundan narahat idi və əllərindən gələni edirlər ki, vəziyyət dəyişsin, gərginlik olsun", - nazir deyib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR