Bank Of Baku

Nazir: Estoniya Azərbaycan-Aİ əməkdaşlığının inkişafına öz töhfəsini verə bilər, Tallindən gözləntilərimiz var

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

© APA | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

# 27 noyabr 2026 12:47 (UTC +04:00)

Estoniyanın Azərbaycan-Aİ münasibətlərinə verəcəyi töhfələrlə bağlı gözləntilərimiz var.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.

“Bu gün hörmətli həmkarımla keçirdiyimiz müzakirələr zamanı ölkələrimizin beynəlxalq platformalarda qarşılıqlı dəstəyi və əməkdaşlığı məsələlərinə toxunduq. BMT, ATƏT və NATO kimi təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardıq.

Müzakirələrimizin əsas istiqamətlərindən biri isə Avropa İttifaqı ilə Azərbaycan arasında dialoq və əməkdaşlıq məsələləri oldu. Estoniya bu istiqamətdə, xüsusilə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafına öz töhfəsini verə bilər. Bu sahədə Estoniyadan müəyyən gözləntilərimiz də var”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR