Macarıstan müşahidəçi üzv olmasına baxmayaraq, Türk Dövlətləri Təşkilatında (TDT) çox fəal mövqe tutur.
APA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
XİN rəhbəri Macarıstanın paytaxtı Budapeşt şəhərində TDT-nin nümayəndəliyinin fəaliyyət göstərdiyini xatırladıb.
Nazir qeyd edib ki, TDT-nin Budapeşt nümayəndəliyi çox fəaldır.