Nazir müavini: Kövrək dönəmdən keçən Azərbaycan-Ermənistan münasibətlərində Hindistan diqqətli olmalıdır

Nazir müavini: Kövrək dönəmdən keçən Azərbaycan-Ermənistan münasibətlərində Hindistan diqqətli olmalıdır
# 14 may 2025 13:40 (UTC +04:00)

Ümumilikdə dünyada baş verən münaqişələrə münasibətdə Azərbaycanın balanslı hesab edilən mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.

APA xəbər verir ki, bu, Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

Nazir müavini bildirib ki, məhz beynəlxalq hüquq nəyi tələb edirsə, mövqeyimiz ona uyğun açıqlanır: “Hindistan-Pakistan məsələsində də Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Xüsusilə kövrək dönəmdən keçən Azərbaycan-Ermənistan münasibətlərində Hindistan və digər üçüncü tərəflər məsələyə diqqətlə yanaşmalıdır. Burada gözləntilərimiz bütün dövlətlərdən, o cümlədən Hindistandan budur ki, bu prosesə xələl gətirə biləcək hansısa konkret addımlar atılmasın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR