Bank Of Baku

Niderland XİN: Azərbaycanla əlaqələr daha da sıxlaşıb

Niderland XİN: Azərbaycanla əlaqələr daha da sıxlaşıb
# 01 aprel 2022 16:50 (UTC +04:00)

Niderland Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, Niderland XİN-in rəsmi “Twitter hesabındakı paylaşımda deyilir:

“Bu gün biz Azərbaycanla diplomatik əlaqələrin 30 illiyini qeyd edirik. 2009-cu ildə Bakıda səfirliyimizin açılışından sonra ölkələrimiz arasında əlaqələr daha da sıxlaşıb. Qarşıdakı illərdə də əlaqələrimizi davam etdirməyi səbirsizliklə gözləyirik. Bütün Azərbaycan xalqını təbrik edirik!”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR