Numan Kurtulmuş: Ukrayna problemi çözülməzsə, qlobal müharibəyə çevriləcək

Numan Kurtulmuş: Ukrayna problemi çözülməzsə, qlobal müharibəyə çevriləcək
# 22 fevral 2024 10:30 (UTC +04:00)

"Rusiya Ukrayna arasında davam edən müharibədə on minlərlə insan həlak olub. Burada böyük bir insan fəlakəti gedir".

APA xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında Numan Kurtulmuş deyib.

"Bu, eyni zamanda, Rusiya ilə bütövlükdə Qərbin müharibəsidir. Əgər bu problem zamanınsa çözülməzsə, bunun qlobal müharibəyə çevriləcəyi aşkardır", - o əlavə edib.

Numan Kurtulmuş Qəzzada baş verən son proseslərin də region baxımdan ciddi narahatlıq doğurduğunu bildirib.

"Buna görə də sülh naminə dünyada bu cür əməkdaşlıqlara ehtiyac var. Bütün bu problemlər həllini tapmasa, qorxuram ki, qarşıdakı dönəm dünyada daha böyük silkələnməyə səbəb olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR